12px13px15px17px
Tarix:04/06/14

“Facebook”: “Hindistan ABŞ bazarından sonra ikinci iri bazardır”

“Facebook” Hindistanın sosial şəbəkə üçün ABŞ bazarından sonra ikinci iri bazar olmasını açıqlayıb. Belə ki, Hindistan artıq bir istifadəçinin aktivlik göstəricisinə görə liderlik edir. Hazırda “Facebook”da 114 milyon Hindistan istifadəçisi qeydiyyatdan keçib. Şirkət nümayəndələri bildirirlər ki, sosial şəbəkədə hindistanlı istifadəçilərin əksəriyyəti texniki təhsilə malik və ya bu istiqamət üzrə təhsil alan insanlardır.    


Qeyd olunur ki, Hindistanda istifadəçi bazasının artması dayanmasa, 2017-ci ilədək bu ölkə “Facebook” istifadəçilərinin sayına görə ABŞ-ı geridə qoyacaq. Həmçinin bildirilir ki, Hindistanda istifadəçi sayının artması gözlənildiyindən daha sürətli olub. Belə ki, 2010-cu ildə şirkət sosial şəbəkənin lokal versiyasını istifadəyə verib və ilk ildə şəbəkəyə 8 milyon nəfər qoşulub.

“Facebook Asia Pacific”in vitse-prezidenti Den Niri deyib ki, hazırda Hindistan bazarında əsas aparıcı qüvvə mobil texnologiyalardır. Bundan başqa, gənc nəsil rəqəmli texnologiyalara böyük maraq göstərir. O vurğulayıb ki, növbəti ildə ABŞ-da smartfonların sayı televizorların sayını üstələyəcəyi halda Hindistanda bu göstərici artıq keçilmiş hesab edilir. Bunun səbəblərindən biri isə tarixən burada televizorların sayının az olmasındadır.

D.Niri onu da vurğulayıb ki, “Facebook”da Hindistan reklamçılarından mobil reklam üçün sifarişlərin çoxalması müşahidə olunur. Şirkət “Facebook”la yanaşı, “Instagram” istifadəçilərinin sayında artımın olmasını qeyd edir.

Hesablamalara görə, hazırda hindistanlı “Facebook” istifadəçilərinin 84 faizi sosial şəbəkəyə mobil telefonlar vasitəsilə daxil olur.

Qeyd edək ki, bu yaxınlarda “Twitter” mikrobloqlar servisi də Hindistanda trafikin sürətlə artmasını bildirib.
“Facebook” nümayəndələri vurğulayırlar ki, hazırda ABŞ-da sosial şəbəkənin istifadəçi bazasının rüblük artımı 1 milyon nəfər təşkil edir ki, bu da Asiya-Sakit okean regionunun inkişaf dinamikasından xeyli aşağıdır. Həmçinin qeyd olunur ki, “Facebook”un ABŞ-da istifadəçi bazasının artım dinamikası 2012-ci ildən durmadan azalır, - “Cybersecurity www.cybersecurity.ru” yazır.







Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024