12px13px15px17px
Tarix:04/06/14

“Microsoft” 2014-cü ilin sonunadək “Android” platforması üçün “Office” paketini buraxacaq

“Microsoft” korporasiyası “Office” ofis paketinin “Android” mobil platforması üçün versiyasını buraxmağı planlaşdırır. Həm də bu versiya sensor ekranlar üçün optimallaşdırılmış “Windows” əməliyyat sistemi üçün yeni “Office” paketindən daha əvvəl buraxılacaq.
 
 
Qeyd edək ki, bu yaxınlarda ”iPad” üçün “Office” paketi buraxılıb. Bundan sonra “Microsoft”un direktoru Satya Nadella deyib ki, hesablama texnikası dünyası daha fərdiləşdirilmiş olub. Artıq bir qurğu üçün tətbiq kifayət deyil. İstehlakçılar bir çox müxtəlif qurğuları dəstəkləyən xidmətlər tələb edirlər. Bu sorğuları təmin etməyə çalışan “Microsoft” öz məhsullarını alternativ platformalar üçün də təklif edir. Ofis paketi isə “Microsoft” üçün ən böyük gəlir mənbələrindən biridir.
 
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Android” əməliyyat sistemi hazırda mobil qurğular bazarında liderdir. Ona görə “Android” platforması üçün “Office” paketini mümkün qədər tez buraxmaq lazımdır.
 
 
Emil Hüseynov
 



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024