12px13px15px17px
Tarix:04/06/14

Azərbaycanda hansı sosial şəbəkə daha məşhurdur?

"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı son bir ayda 2,3 faiz artıb.

“ICTnews” xəbər xidmətinin "Global Stats"ın rəsmi saytına istinadən verdiyi məlumata  əsasən, Azərbaycanda “Facebook” sosial şəbəkəsinin payına sosial media bazarının 73,67%-i düşür.

Beləliklə, son bir ayda sosial şəbəkənin istifadəçilərinin sayı 2,3%, ilin əvvəlinə nisbətən 11,7%, ötən ilin müvafiq dövrünə nisbətən isə 6,8% artıb.

İstifadəçi marağına görə ikinci yeri 10,87% bazar payı ilə “Twitter” sosial şəbəkəsi tutub. Onun bazar payı son bir ayda 5,4% artıb.
 
Üçüncü yerdə 4,52% bazar payı ilə “YouTube” sosial şəbəkəsi yerləşib.
 
“Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1,37% təşkil edir.   Hazırda “Odnoklassniki” sosial şəbəkəsi “Pinterest” sosial şəbəkəsinə öz yerini verib və sonuncunun bazar payı son bir ildə 72,9% artıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024