12px13px15px17px
Tarix:05/06/14

2018-ci ildə internet reklamı gəlir həcminə görə televiziya reklamına yaxınlaşacaq

“Pricewaterhouse Coopers” illik tədqiqatının nəticələrinə əsasən, 2013-cü ildə qlobal əyləncə və KİV sənayesinin həcmi 1,7 trilyon dollar təşkil edib. 2018-ci ilədək bu göstərici 5% orta illik artım tempi ilə 2,2 trilyon dollara çatacaq.

“ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, gəlir artımının əsas stimulu rəqəmli daşıyıcılardır. 2013-2018-ci illərdə əyləncə və KİV sənayesində rəqəmli məzmuna ümumi xərclər ildə 12,2% artacaq.

2018-ci ildə mobil internetin nüfuzetmə səviyyəsi 55%-ə çatacaq. Bu, rəqəmli reklamın inkişafına stimul verəcək və 2018-ci ilədək reklamdan əldə olunan gəlirin 33%-i məhz onun payına düşəcək. Xatırladaq ki, 2009-cu ildə bu göstərici 14% olub. 2018-ci ildə internet reklamı gəlir həcminə görə televiziya reklamına yaxınlaşacaq. 2009-cu ildə televiziya reklamından əldə olunan gəlir internet reklamından iki dəfə yüksək olub,  amma 2018-ci ildə internet reklamı televiziyadan yalınız 20 milyard dollar geri qalacaq.

Emil Hüseynov



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024