12px13px15px17px
Tarix:05/06/14

ABŞ Məxfi Xidməti sosial şəbəkələrdə sarkazmı müəyyənləşdirən sistem sifariş edib

ABŞ Məxfi Xidməti sosial şəbəkələrdə sarkazmı və digər zarafatcıl ifadələri avtomatik müəyyənləşdirən sistem sifariş edib. Bu barədə “The Washington Post” nəşri məlumat verib. Sifariş özəl təşkilatların dövlət strukturlarına öz xidmətlərini təklif edə biləcəyi xüsusi saytda dərc olunub.

Dərc olunan sənədlərə görə, sistem iritutumlu məlumatları analiz etməli, “Twitter” mikrobloqlar şəbəkəsinin arxivinə çıxışı olmalı, yenilikləri və s. izləməlidir. Servisə çıxış 2009-cu ildə çıxan "Internet Explorer 8” daxil olmaqla brauzerlə həyata keçirilir.

Məxfi Xidmətin nümayəndəsi Ed Donovanın sözlərinə görə, xidmət “Twitter”in analizi üçün sistemə malik olmaq niyyətindədir. “Sarkazmın aşkar olunması bizim sistemdən tələb etdiyimiz funksiyalardan biridir”, - deyə o bildirib.

Qeyd edək ki, xüsusi xidmət orqanlarının əməkdaşları bəzən sosial şəbəkələrdə partlayış törətmək və ya kimisə öldürmək kimi müxtəlif zarafatlarla qarşılaşırlar. Məsələn, apreldə niderlandlı qız şəbəkədə “American Airlines” təyyarəsini partlatmaq istədiyini yazıb. Lakin hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalardan və sorğu-sualdan sonra Niderland sakininin zarafat etdiyi müəyyən olunub.   
2013-cü ildə Fransanın “Spotter” şirkəti istehzalı şərhləri aşkar edən proqram təminatı yaratmasını bəyan edib, - "theRunet www.therunet.com” yazır.



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024