12px13px15px17px
Tarix:05/06/14

“Amazon” məxfi cihazının təqdimatına dəvət edir (VİDEO)

“Amazon” şirkəti məxfi cihaz təqdimatının qısa formasını dərc edib. Tədbir 18 iyun tarixində keçiriləcək. Videoçarxda insanlar şirkətin hansısa yeni cihazına reaksiya verirlər. Qurğu isə kadra düşmür.

Videoçarx qəhrəmanlarının reaksiyasından belə nəticəyə gəlmək olar ki, onlar “Amazon” smartfonunun “3D” interfeysi ilə işləyirlər.

“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, bundan əvvəl nəşrin mənbələri qurğunun bəzi texniki xarakteristikalarını açıqlayıb: “Android” mobil əməliyyat sisteminin xüsusi versiyası, 4.7 düym diaqonallı 720p HD təsvir ölçülü ekran, 13 meqapiksel təsvir ölçülü əsas kamera, “Qualcomm Snapdragon” prosessoru və 2 QB əməli yaddaş. Smartfonun çıxarılma tarixi və adı açıqlanmır.




Emil Hüseynov



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024