12px13px15px17px
Tarix:05/06/14

“NETTY 2014”-ün qaliblərini mükafatlandırma mərasiminin vaxtı bəlli oldu

“NETTY 2014” Milli İnternet Mükafatının qaliblərinin adları iyunun 11-də xüsusi təşkil edilmiş mərasimdə açıqlanacaq.

Mükafatın təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata görə, qaliblərə “NETTY” heykəlciyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (www.cert.az) tərəfindən hər bir veb-sayt 2014-cü ildə öz resurslarının pulsuz auditi və təhlükəsizlik məsləhətləşmələri üçün sertifikat təqdim ediləcək.
 
Bununla yanaşı, hər bir qalibə “Microsoft Azərbaycan” şirkəti tərəfindən “Microsoft BizSpark” proqramında iştirak etmək imkanı veriləcək, “Doktor Veb” şirkəti 2PC üçün 2 illik  “Dr.Web Security Space Pro” (İnternet təhlükələrə qarşı tam qorunma) hədiyyə paketi ilə təmin edəcək. Bütün namizədlər 2 aylıq “Dr.Web Enterprise Security Suite” (korporativ şəbəkəni qorumaq üçün nəzərdə tutulan bir məhsul) hədiyyə alacaq.

Mükafatın ənənəvi tərəfdaşı “ALİ & NİNO” - ən böyük kitab mağazaları şəbəkəsi “NETTY 2014” qaliblərinə Azərbaycan ədəbi əsərləri və dünya müəlliflərindən olan gözəl kitablar verəcək. Həmçinin kabel şəbəkələri operatoru “KATV1” bütün qalib saytlara operator xidməti üçün pulsuz birillik abunə sertifikatı və bir sıra digər hədiyyələr təqdim edəcək.  
 

Xatırladaq ki, bu il müsabiqə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin, RYTN-in Elektron Təhlükəsizlik Mərkəzinin tam dəstəyi ilə keçirilir.
 
Aynur Vəliyeva



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024