12px13px15px17px
Tarix:06/06/14

Britaniya hökuməti kiberterrorçuluğa görə ömürlük həbsin tətbiq olunmasını təklif edib

Böyük Britaniya hökuməti hücumları ağır nəticələrə səbəb olan hakerlər üçün ömürlük həbs cəzası tətbiq etmək niyyətindədir. Bu barədə Böyük Britaniya şahzadəsi II Yelizavetta parlament sessiyasının açılışında bəyan edib.

Hökumət və şahzadənin fikrincə, ağır nəticələrə ölüm, xəstəliklər və ya travmalar, ciddi zərər və ya milli təhlükəsizliyə təhdidlər aiddir və belə nəticələrə səbəb olan kiberhücum təşkilatçıları ömürlük həbs cəzasına məhkum ediləcək.

Bundan başqa, hökumət sənaye casusluğu ilə məşğul olan hakerlər üçün cəzaları sərtləşdirmək niyyətindədir. Belə ki, miqyaslı iqtisadi, ekoloji və sosial fəsadlara səbəb ola biləcək kiberhücumlar üçün həbs cəzasının maksimum həddə - 10 ildən 14 ilədək artırılması təklif edilir.

Ekspertlər hesab edirlər ki, təşəbbüs terrorçuluğa görə mövcud olan cəza qanunlarını təkrarlayır. Qeyd olunur ki, təklif olunan qanun təkcə cinayətkarlara deyil, həm də virusların aşkarlanması ilə məşğul olan müstəntiqlərə şamil edilə bilər, - "theRunet www.therunet.com” yazır.




Baxış sayı: 920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024