12px13px15px17px
Tarix:06/06/14

Yaponiya şirkəti emosiyaları ifadə edən robot-köməkçi yaradıb

Yaponiyanın “SoftBank” korporasiyası 2015-ci ilin əvvəlində emosiyaları ifadə edən və müxtəlif məişət işlərini yerinə yetirən insanabənzər robotu bazara çıxarmağı planlaşdırır. Satışına növbəti ilin fevralında başlanılması planlaşdırılan robotun hazırlanması ilə “SoftBank”ın iki il əvvəl pay aldığı Fransanın “Aldebaran” şirkəti məşğul olub.

Tayvanda hazırlanacaq robot “Pepper” adlanır. “SoftBank” nümayəndələrinin sözlərinə görə, “Pepper” dayə, xəstə baxıcısı və ya adi həmsöhbət funksiyasını yerinə yetirir, eləcə də onu təlimatlandırmaq mümkündür. O, emosiyaları ifadə etməklə yanaşı, insanın emosional vəziyyətini qiymətləndirə bilir. Qiyməti 1900 dollar təşkil edəcək robotun prototipi yaxın vaxtlarda “SoftBank” ticarət nöqtələrinə çıxarılacaq və orada bütün alıcılar onunla yaxından tanış ola biləcək.   

“Pepper”in xüsusiyyətlərini şərh edən şirkət rəhbəri Masayoşi San deyib ki, bəşəriyyət tarixində biz ilk dəfə “ürəyi” olan və emosiyaları ifadə edən robot yaratmağa nail olmuşuq.

“Pepper” yeni bacarıqlara “bulud” texnologiyaları vasitəsilə öyrədiləcək. Belə ki, yeni məlumat alan robot onu serverə yükləyərək digər robotlara ötürəcək.

Xatırladaq ki, Yaponiyada əhalinin qocalması problemi mövcuddur və daha təkmil robotların hazırlanması işçi qüvvəsi çatışmazlığı probleminin qismən aradan qaldırılması məqsədi daşıyır, - "Newsru.com www.newsru.com” yazır. 



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024