12px13px15px17px
Tarix:06/06/14

Məşhur “Tetris” oyununun yaradılmasından 30 il ötür

1984-cü ildə sovet proqramçısı Aleksey Pajitnov tərəfindən yaradılmış "Tetris" oyunu 30 yaşını qeyd edir. Britaniyanın “The Telegraph” qəzeti dünyanın ən məşhur kompüter oyununa həsr edilmiş xüsusi məqalə dərc edib.
 
Nəşr yazır ki, proqramçı Aleksey Pajitnov “Tetris” oyununu "Elektronika-60" sovet kompüterində yaradıb. O, bundan sonra oyunun kodunu onu “IBM” kompüterində işləmək üçün uyğunlaşdıran tanışları ilə paylaşıb. Nəticədə oyun bütün SSRİ və Şərqi Avropa ölkələri arasında çox sürətlə populyarlaşıb.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, 1986-cı ildə "Tetris" oyunu ilk dəfə Macarıstan vasitəsilə Qərbdə tanıdılıb və yerli proqramçılar oyunun “Apple II” və “Commodore 64” kompüterləri üçün versiyasını yaradıblar. Bundan sonra yeni oyun Böyük Britaniyada diqqəti cəlb edib. Yerli İT şirkətin nümayəndələri müəllif hüquqları ilə bağlı məsələlərin həlli üçün Pajitnovla əlaqə saxlamağa çalışıblar. 1987-ci ildə oyunun bir sıra kommersiya versiyası işıq üzü görüb, buna baxmayaraq müəllif hüquqları ilə bağlı vəziyyət öz həllini tapmayıb.
 
Aleksey Pajitnov yalnız 1996-cı ildə müəllif hüququ əldə edib.
 
 Emil Hüseynov



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024