12px13px15px17px
Tarix:10/06/14

“Elektron hökumət” portalı vasitəsilə göstərilən xidmətlərin sayı artıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yeni elektron xidmətləri “Elektron hökumət” portalına əlavə olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması”, “Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması” və “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətləri portal üzərindən təqdim olunacaq.
 
Birinci xidmət əsas və ya tam orta təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin məlumat bazalarının dəqiqləşdirilməsi üçün  nəzərdə tutulub.
 
İkinci qeyd olunan xidmət vasitəsilə vətəndaşların komissiya rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn qeydiyyatının aparılması həyata keçirilir.
 
Sonuncu xidmət isə orta təhsil müəssisələrinin buraxılış və ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən şəxslərə imtahan buraxılış vərəqələrinin internet vasitəsilə onlayn rejimdə verilməsini əhatə edir.
 
CAHANGİR
 



Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024