12px13px15px17px
Tarix:10/06/14

Azərbaycan təcrübəsi Astanada region ölkələrinə nümayiş etdiriləcək

Cari ilin  11-12 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Ümumdünya Poçt İttifaqı tərəfindən həyata keçirilən kompleks layihələr çərçivəsində “Elektron ödəniş xidmətlərinin inkişafı və təkmilləşdirilməsi” mövzusunda regional konfrans düzənlənəcək.
 
Poçt maliyyə və ödəniş sistemlərinə həsr olunan tədbirdə ölkəmizi “Azərpoçt” MMC-nin nümayəndəsi təmsil edəcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, konfransda Azərbaycan və Qazaxıstanın bank-maliyyə  xidmətlərinin inkişafı istiqamətində həyata keçirdiyi işlər region ölkələrinə nümayiş etdiriləcək. Bundan başqa, qabaqcıl təcrübə kimi Fransa və İtaliyanın əldə etdiyi nəticələr də tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.

Konfransda poçt ödəniş xidmətləri sahəsində yeni xidmətlərin təşkili, poçt ödəniş xidmətlərinə standartların tətbiq edilməsi, Ümumdünya Poçt İttifaqının “STEFİ” pulköçürmələri vasitəsi ilə həyata keçirilən elektron pul baratlarının tariflərinə yenidən baxılması və onun aşağı salınmasına, eyni zamanda çoxtərəfli müqavilələrlə bağlı irəli sürülən təkliflərə baxılacaq.
 
 
Sözügedən regional tədbirin düzənlənməsində əsas məqsəd  bu xidmətlərin daha da inkişaf etdirilməsi və onlardan istifadə edən müştərilərin sayını artırmaq üçün xidmət haqlarının qiymətlərinin aşağı salınmasıdır.
 
SEYMUR



Baxış sayı: 814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024