12px13px15px17px
Tarix:10/06/14

Ən böyük antivirus istehsalçıları hansılardır?

“Gartner” analitikləri 2013-cü ilin nəticəsinə görə kompüter təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş qlobal proqram təminatı bazarının həcmini 19,9 milyard məbləğində qiymətləndiriblər. Ötən illə müqayisədə proqram təminatı bazarının bu seqmenti 4,9% artıb, amma ekspertlər daha yüksək dinamika gözləyirdilər.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər “Symantec” şirkətini ən gəlirli antivirus proqram təminatı istehsalçısı adlandırıblar. 2013-cü ildə ABŞ şirkəti 3,7 milyard dollar məbləğində antivirus proqram təminatı satıb ki, bu da ötən illə müqayisədə 0,3% azdır. Şirkətin bazar payı 18,7% təşkil edib.
 
“Intel” prosessor nəhənginin dəstəyi ilə işləyən “McAfee” ikinci yerdə qərarlaşıb. Şirkət müxtəlif antivirusların satışından gəlirini illik hesablama üzrə 3.9% artıraraq 1,7 milyard dollara çatdırıb. “McAfee”nin bazar payı 8,7%-ə bərabərdir.
 
5,7% bazar payı və 1.1 milyard dollar gəlirə malik “IBM” şirkəti ilk üçlükdə qərarlaşıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024