12px13px15px17px
Tarix:12/06/14

Yapon şirkətləri 8K təsvir ölçüsündə “OLED” monitor hazırlayıblar

"Sharp" şirkəti bu həftə başqa istehsalçılarla əməkdaşlıq şəraitində 8K təsvir ölçüsündə işləyə bilən 13 düymlük "OLED" ekran nümayiş etdiriblər. Ekran "Sharp Semiconductor Energy Lab" və "Advanced Film Devices" şirkətlərinin laboratoriyasında hazırlanıb. Nümayiş etdirilmiş ekranın təsvir ölçüsü 7680x4320 və piksel sıxlığı 664 ppi təşkil edir. Bu, "Apple" şirkətinin "Retina" ekranının göstəricisini dəfələrlə ötür.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 8K təsvir ölçülü ekranlar 4K-nın varisidir, ancaq sonuncular hələ ki  yenicə kommersiya məqsədilə istifadə edilir.

Emil Hüseynov



Baxış sayı: 630

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024