12px13px15px17px
Tarix:22/08/11

Amerika universitetlərində “WiMAX” əlaqə olacaq

Kolorado Universitetinin (ABŞ) tələbə və müəllimləri simsiz “WiMAX” şəbəkə vasitəsilə internetə çıxış imkanı əldə ediblər. Mövcud “WiMAX” (İEEE 802.16e) mobil şəbəkələri verilənlərin nəzəri ötürülmə sürətini 40 Mbit/s-ə qədər təmin edir. Verilənlərin stasionar kompyuterə ötürülməsi zamanı sürət 75 Mbit/s-ə çatır.

Şəbəkələrin (baza stansiyası və müştəri avadanlığı arasında) hərəkət radiusu bir neçə kilometr təşkil edə bilər. Kolorado Universitetinin “WiMAX” şəbəkəsinin tələbə şəhərciyini, laboratoriyaları və tədris yerlərini əhatə etdiyi qeyd olunub.

İnternetə simsiz giriş həm stasionar, həm də hərəkət edən istifadəçilər, məsələn, avtobusda gedənlər üçün təmin edilib.

Şəbəkə Amerika universitet şəhərciklərində “WiMAX” texnologiyasının tətbiqi üzrə “GENİ” (Global Environment for Network İnnovations) layihəsinin bir hissəsidir. Tezliklə “WiMAX” şəbəkə ölkənin digər təhsil müəssisələrində də olacaq.



Baxış sayı: 1931

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024