12px13px15px17px
Tarix:13/06/14

“Twitter”in əməliyyat direktoru öz postunu tərk edib

“Twitter” mikrobloqlar xidmətinin əməliyyat direktoru Əli Rovqani öz postunu tərk edib və şirkət onu əvəz edəcək şəxsi axtarmağı planlaşdırmır. Bu haqda “Twitter” tərəfindən ABŞ Qiymətli Kağızlar Birjalar Komissiyasına təqdim edilmiş sənəddə deyilir.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Rovqani şirkətin ştatında qalacaq, ancaq vəzifəsi haqda məlumat yoxdur. Yalnız bildirilir ki, o, “Twitter”in baş direktoru Dik Kostolonunstrateji məsləhətçisi olacaq.
 
“Twitter”də əməliyyat direktoru vəzifəsi daha olmayacaq.
 
Emil Hüseynov



Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024