12px13px15px17px
Tarix:17/06/14

“BlackBerry” şirkəti “BBM Protected” həllini nümayiş etdirib

“BlackBerry” şirkəti “BlackBerry Messenger” proqram platformasında təhlükəsizlik istiqamətini inkişaf etdirir. “BBM” messencerində yeni həllər populyar messencerdən korporativ mühitdə istifadə üçün hesablanıb.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət bu günlərdə  “eBBM” paketi daxilində işləyən “BBM Protected” təhlükəsiz korporativ mesaj protokolunu nümayiş etdirib. Xatırladaq ki, “BBM” messenceri “BlackBerry Enterprise Servers” platformasında işləyən “BlackBerry” qurğu sahibləri tərəfindən istifadə edilən populyar ani mesaj klientidir.
 
Şirkət rəsmiləri bildirib ki, “BBM Protected” – bu, biznes mühitində işləmək üçün yaradılmış proqram təminatıdır. Proqram həllində mühafizə üçün ABŞ hökuməti tərəfindən standartlaşdırılmış “FIPs 140-2” kriptoqrafiya kitabxanası tətbiq edilir.
 
Emil Hüseynov



Baxış sayı: 557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024