12px13px15px17px
Tarix:18/06/14

2018-ci ildə smartfonlar fərdi kompüterlərdən altı dəfə populyar olacaq

Smartfonlar yaxın beş ildə kompüter qurğularının ən sürətlə artan növü olmaqla 2018-ci ildə payı 74,1 faizə çatacaq. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir. Hesabata əsasən, dünyada smartfonlar masaüstü və mobil kompüterlərdən altı dəfə çox satılacaq.

“IDC” 2013-2018-ci illər ərzində masaüstü kompüterlər, noutbuk, planşet və “ikisi birində” hibrid qurğularını aid etdiyi “ağıllı internet qurğuları”nın (smart-connected device) payını qiymətləndirib. Hesablamalara əsasən, smartfonların satışı bu qrupa ümumi satış həcminin artımını saxlamağa imkan verəcək.

2014-cü ildə “IDC” smartfonların satış həcminin 15,6 faiz artaraq 1,8 milyard ədədə çatacağını proqnozlaşdırır. 2018-ci ildə bu qurğuların satışının 2,4 milyard aparatadək artacağı gözlənilir. Şirkət analitiki Citeş Urbaninin sözlərinə görə, bu dövrdə smartfonlar əksər istifadəçilər üçün birinci və əsas kompüter qurğusu olacaq, fərdi kompüterlər isə əlavə qurğular sinfinə aid ediləcək.


Şirkətin proqnozlarına görə, 2018-ci ilədək smartfonların satış həcmi masaüstü və mobil fərdi kompüterlərin ümumi satışını altı dəfə üstələyəcək. Belə ki, bu müddətdə smartfonların “ağıllı internet qurğuları” arasında payı 74,1 faiz, planşet və hibridlərin 14,1 faiz, masaüstü kompüter və noutbukların müvafiq olaraq 4,9 və 6,9 faiz təşkil edəcək. Hesabatda qeyd olunur ki, proqnozda 2014-cü ilin birinci rübündə fərdi kompüter və noutbukların zəif satışı nəzərə alınıb.

Smartfonların sürətli satışına əsasən Çin, Hindistan və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda ucuz qurğuların satılması sayəsində nail olunub. Buna daha bir səbəb kimi kompüter qurğularının orta qiymətinin aşağı düşməsi göstərilir. “IDC”-nin hesablamasına görə, 2013-cü ildə qiyməti 200 dollaradək, 200-500 dollaradək və 500 dollardan yuxarı olan “ağıllı internet qurğuları”nın payı təxminən eyni - müvafiq olaraq 32,7, 34,3 və 33,0 faiz olub. Artıq 2014-cü ildə “IDC” bu nisbətin ən ucuz qurğuların xeyrinə dəyişəcəyini proqnozlaşdırır: müvafiq olaraq 37,2, 33,6 və 29,2 faiz.

Həmçinin 2018-ci ildə qiyməti 200 dollar təşkil edən aparatların bazarda satılan qurğuların təxminən yarısını – 43,3 faizini təşkil edəcəyi gözlənilir. Bundan başqa, qiyməti 200-500 dollar və 500 dollardan yuxarı olan qurğuların bazar payının 2018-ci ildə müvafiq olaraq 35,6 və 21,1 faiz olacağı proqnozlaşdırılır, - "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 810

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024