12px13px15px17px
Tarix:19/06/14

“Aktiv yaşlanma və müstəqil yaşam tərzi üçün innovasiya və texnologiyalar” mövzusu müzakirə edilib

Türkiyənin İstanbul şəhərində keçirilən “Standartlaşdırma gümüş iqtisadiyyatı necə dəstəkləyə bilər” mövzusunda təşkil olunan 3-cü Avropa Standartlaşdırma Sammiti, Avropa Standartlaşdırma Komitəsinin (CEN) 41-ci Baş Assambleyası və Avropa Elektrotexnika Komitəsinin (CENELEC) 54-cü Baş Assambleyası başa çatıb.
 
Sözügedən tədbirlərdə ölkəmizi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 3-cü Avropa Standartlaşdırma Sammiti çərçivəsində “səhiyyə üzrə standartlaşdırma”, “Avropada yaşlı təbəqə üçün yaşayış mühiti”, “gümüş iqtisadiyyat üzrə imkanlar” və “aktiv yaşlanma və müstəqil yaşam tərzi üçün innovasiya və texnologiyalar” mövzuları ətrafında müzakirələr aparılıb.
 
 Komitənin Mətbuat xidmətindən bildirilib ki, CEN və CENELEC-in Baş assambleyalarının birgə sessiyası zamanı hər iki qurumun hesabatları dinlənilib, bu təşkilatların 2020-ci ilədək qarşıya qoyduqları məqsədlər, kiçik və orta müəssisələrə göstərdikləri dəstək, regional və beynəlxalq əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
 
Komitənin nümayəndə heyəti Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutuna (UME) səfər edərək onun nəzdində fəaliyyət göstərən laboratoriyaların işi ilə də tanış olub və komitə ilə bu sahədə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024