12px13px15px17px
Tarix:19/06/14

Sürücülər smartfonlar vasitəsilə hansı dayanacaqda boş yerlərin olduğunu öyrənə biləcəklər

Bakıda müvəqqəti duracaqlarla bağlı yeniliklər gözlənilir. Bununla bağlı açıqlamanı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev verib. Onun sözlərinə görə, tətbiq ediləcək yeniliklər hazırda test mərhələsindədir:
 
"Hazırda parkomatların quraşdırılması prosesi gedir, amma bununla yanaşı, ödəniş sistemlərinin testləri də aparılır ki, onlar daha geniş formada, məsələn, SMS, plastik kartlar və başqa ödəniş sistemləri də olsun. Artıq mobil telefonlarda boş parklanma yerlərini göstərəcək proqramlar hazırlanıb və onlar yoxlama mərhələsindədirlər. Yoxlama 1 ay, ay yarım ərzində aparılmalıdır ki, normal səviyyədə işə başlansın və sonradan hər hansı problem baş verməsin".
 
Bu günədək quraşdırılmış parkomatların sayı artıq 50-ni keçib və bu rəqəm gündəlik olaraq dəyişir. İlin sonunadək isə xaricdən 1000 parkomat gətirilərək quraşdırılacaq.
Xatırladaq ki, sürücülər müvəqqəti duracaqda boş yerlərin olduğunu telefon vasitəsilə öyrənə və ödəniş edə biləcəklər. Avtomobil sahiblərinə müvəqqəti duracaqlarda maşının saxlanması vaxtının bitdiyi barədə SMS göndərmək mümkün olacaq.
 
Bundan əlavə, smartfonlar üçün əlavə proqramlar da tətbiq ediləcək ki, bunun vasitəsilə sürücülər hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu öyrənə biləcəklər. Həmçinin sürücülər ödənişləri telefonla ödəyə biləcəklər. Bundan başqa xüsusi təmassız kartlar da buraxılacaq ki, avtomobil parkomata yaxınlaşdıqda məbləğ avtomatik məsafədən tutulacaq. Həmin kartlarla balansı doldurmaq və onların vasitəsilə bütün parkomatlarda ödəmə etmək mümkün olacaq.
 
Başqa bir yenilik ondan ibarətdir ki, yollarda onlayn rejimdə işləyən elektron lövhələr qoyulacaq. Həmin lövhələr duracaqlardakı boş yerləri göstərəcək. Lövhədə küçənin adı yazılacaq və neçə boş avtomobil yerinin olduğu göstəriləcək. Müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödənişlər üçün 3 zona müəyyən ediləcək. Şəhərin mərkəzindən kənara getdikcə qiymətlər aşağı olacaq. Müvəqqəti duracaqda avtomobili saxlamaq üçün güzəştli qiymətlər yalnız yaxınlıqda yaşayan sakinlər üçün tətbiq ediləcək.

Bütün bu işlərin bu ilin payız mövsümünədək görülüb bitirilməsi və ilin axırına kimi sistemin tam şəkildə işə salınması nəzərdə tutulur.
 
RƏVAN
 



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024