12px13px15px17px
Tarix:19/06/14

“Android” və “Windows Phone” sistemləri telefonu uzaqdan bloklama funksiyası ilə təchiz ediləcək

"Google” və “Microsoft” şirkətləri “Android” və “Windows Phone” mobil əməliyyat sistemlərinə itirilmiş və ya oğurlanmış qurğunun işini uzaq məsafədən bloklamağa imkan verən "kill switch” (ölüm düyməsi) funksiyasını əlavə edəcək. Bu barədə Nyu-York ştatının baş prokuroru Erik Şneydermana istinadən “Bloomberg” agentliyi məlumat verib.  

Son ildə müxtəlif ölkələrin hökumətləri dəfələrlə smartfon istehsalçılarını və mobil rabitə operatorlarını mobil elektronikanı uzaq məsafədən telefondakı şəxsi məlumatları silməyə və onun işini dayandırmağa imkan verən mexanizmlərlə təchiz etməyə çağırıb. Bunda məqsəd istifadəçilərin mobil qurğunun itirilməsi və ya oğurlanması halında öz məlumatlarını mühafizə edə bilməsindədir.  

“Lookout” şirkətinin məlumatına görə, hər onuncu smartfon sahibi cinayətkarların qurbanı olur. Təkcə ötən il 3,1 milyon amerikalının mobil telefonu zorla əlindən alınıb. ABŞ Federal Rabitə Komissiyasının məlumatına görə, iri şəhərlərdə oğurluq hallarının 30 faizi mobili telefon oğurluğu ilə bağlıdır.

Kreyton Universitetinin statistika kafedrasının professoru Uilyam Dakvortun qiymətləndirməsinə görə, amerikalıların telefonlarında quraşdırılan "kill switch” funksiyası onlara ildə 2,6 milyard dollara qənaət etməyə imkan verəcək. Bura sığorta xərcləri və itirilmiş və ya oğurlanmış telefonlar əvəzinə, yeni qurğuların alınması daxildir.

“iPhone” smartfonu 2013-cü ildə “kill switch” funksiyası ilə təchiz edilməyə başlayandan sonra cari ilin ilk beş ayında Nyu-Yorkda “Apple” məhsullarının oğurlanması 19 faiz azalıb. San-Fransisko və Londonda analoji göstəricilər müvafiq olaraq 38 və 24 faiz aşağı düşüb.

Bu rəqəmlər “ölüm düyməsi”nin işinin yüksək effektivliyini göstərdiyindən "Android” və “Windows” sistemlərində bu mexanizmlərin tətbiqi istehlakçıların təhlükəsizliyi üçün irəliyə doğru addımlar atmağa imkan verəcək, - deyə Nyu-York baş prokuroru deyib, -"DailyComm www.dailycomm.ru” yazır.   








Baxış sayı: 421

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir