12px13px15px17px
Tarix:20/06/14

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinə dair qaydalar internetdə yerləşdirilib

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi “www.mlspp.gov.az” saytında yerləşdirilib.
 
 
 Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun  tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə ƏƏSMN tərəfindən hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli  183 nömrəli Qərarı ilə təsdiq edilib. 
 
Nazirlikdən bildirilib ki, sənəddə əmək müqaviləsi bildirişinin formaları və həmin  bildirişin elektron informasiya sisteminə (EİS) daxil edilməsi, əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda, əmək müqaviləsi bildirişi və müvafiq Əlavələrdə onların formaları, bildirişlərin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması və s. qaydalar əksini tapır.
 
EİS vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur və sistem tərəfindən məlumat qəbul edilmədikdə, bununla bağlı dərhal müvafiq məlumat göstərilir. Sistemdə qeydiyyata alınmış məlumatların məlumat bazasında  saxlanılması müddəti məhdudlaşdırılmır.
 
 Elektron informasiya sistemi  cari ilin iyulun 1-i tarixindən istifadəyə veriləcək. İşəgötürənlərə əvvəllər bağlanmış əmək müqavilələrini qeydiyyata saldırmaq üçün 3 ay əlavə vaxt verilməsi və geniş maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024