12px13px15px17px
Tarix:23/06/14

Azərbaycan startupı beynəlxalq arenada təqdim olunacaq

Səsin real zaman daxilində korreksiyasına fokuslanmış “Tuning Fork” layihəsi beynəlxalq sərgidə təqdim ediləcək.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə layihə rəhbəri Dilarə Rüstəmzadə məlumat verib.
 
Onun sözlərinə görə, layihənin ilkin mərhələsi olan “Elektron Musiqi Öyrətmə Sistemi” “web” üzərindəki demo versiyanı təqdim edərək Dublində keçirilən beynəlxalq “Web-Summit 2014” sərgisində stend almağa nail olub:
 
“Tuning Fork” layihəsinin ilk məhsulu olan bu sistem real zaman daxilində səsin düzgün olub-olmamasını ayırd edərək, ifaçını doğru oxumağa yönəldən intellektual musiqi sistemidir. Bakıda ilk dəfə “Yeni Fikir” müsabiqəsində təqdim olunan “Elektron Musiqi Öyrətmə Sistemi” daha sonra Moskvanın Skolkova adına beynəlxalq sessiyasında nümayiş edilib. Noyabr ayında Dublində baş tutacaq “Web Summit”də “Tuning Fork” layihəsinin “web” üzərindəki bu məhsulu ilk dəfə olaraq məhz sərgidə istifadəçilərə təqdim olunacaq.
 
Qeyd edək ki, “Tuning Fork” Azərbaycan startupı olaraq ilk “Know-How” texnologiyalı, innovativ yönümlü layihədir.
 
 
 Layihə hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərir.
 
SEYMUR



Baxış sayı: 980

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024