12px13px15px17px
Tarix:25/06/14

“Full HD” təsvir ölçülü səkkiznüvəli smartfon nümayiş etdirilib

“Huawei” şirkəti “Honor 6” smartfonunun rəsmi təqdimatını keçirib. Qabaqcıl smartfon “Full HD” təsvir ölçülü 5 düymlük ekran, səkkiznüvəli “Kirin 920” çipi, “Mali-T628” qrafikası ilə təchiz edilib.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, smartfonun xüsusiyyətlərindən biri “LTE Cat6” (nəzəri cəhətdən 300 Mbit/s-dək) texnologiyasını dəstəkləməsidir. “Huawei Honor 6” smartfonunun əməli yaddaşının həcmi 3 QB, daxili yaddaşın həcmi 16 və ya 32 QB, “microSD” kartları üçün isə slot var. Aparat, həmçinin 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Aparata “Android 4.4.2 KitKat” əməliyyat sistemi quraşdırılıb.
 
“Huawei Honor 6” smartfonunun ölçüləri 139,8 × 68,8 × 6,5 mm, çəkisi 135 qramdır. Hələ ki smartfonun qiyməti və çıxarılma tarixi haqda informasiya yoxdur.
 
Emil Hüseynov



Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024