12px13px15px17px
Tarix:25/06/14

Azərbaycan komandası informatika üzrə 13-20 iyulda Tayvanda keçiriləcək beynəlxalq olimpiadaya hazırlaşır

Təhsil Nazirliyində beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərdən ibarət komandalar və onların rəhbərləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi fənlər üzrə beynəlxalq olimpiadalara hazırlaşan komandaların üzvləri ilə mövcud vəziyyəti müzakirə etmək və qarşıda duran müvafiq məsələləri aydınlaşdırmaqdan ibarətdir.
 
Qeyd edək ki, hər il olduğu kimi, 2014-cü ildə də riyaziyyat, informatika, kimya, fizika, biologiya  fənləri üzrə beynəlxalq olimpiadalar keçiriləcək. Beynəlxalq olimpiadalar müvafiq olaraq, informatika üzrə 13-20 iyul 2014-cü il tarixində Tayvanda, riyaziyyat üzrə 3-13 iyul 2014-cü il tarixində Cənubi Afrika Respublikasında, kimya üzrə 20-29 iyul 2014-cü il tarixində Vyetnamda, fizika üzrə 13-21 iyul 2014-cü il tarixində Qazaxıstanda, biologiya üzrə 6-13 iyul 2014-cü il tarixində İndoneziyada  təşkil olunacaq.
 
Görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalarda uğur qazanması üçün Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə bu sahədə daha effektiv işlərin həyata keçiriləcəyini qeyd edib.
 
Nazir müavini beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin həmin bilik yarışlarında Azərbaycanı təmsil edəcəyini bir daha xatırladaraq, onların uğur qazanacağına və yüksək nəticələr əldə edəcəyinə ümid bəslədiyini bildirib. Nazirlikdən qeyd edilib ki, sonda tədbirdə iştirak edən mütəxəssislər çıxış edərək şagirdlərin beynəlxalq olimpiadalara hazırlaşması üçün Təhsil Nazirliyi tərəfindən yaradılan şəraiti yüksək dəyərləndiriblər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024