12px13px15px17px
Tarix:25/06/14

“Opera” videoreklamla məşğul olacaq

“Opera” şirkəti mobil platformalarda videoreklam sahəsinə yatırım etməyə qərar verib. Norveçlilər “AdColony” startapını satın alıblar, həm də sazişin ümumi məbləği 350 milyon dollar təşkil edə bilər.
 
"AdColony bizim “Opera Mediaworks” mobil xidmətimiz üçün mükəmməl köməkdir. Bu satınalma mobil reklam sənayesinin ən sürətli inkişaf edən seqmenti olan mobil video sahəsində mövqeyimizi  möhkəmləndirəcək" – “Opera Software”nin direktoru Lars Boilsen sazişlə bağlı öz fikrini ifadə edib.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hazırda “Opera”nın məhsulları masaüstü kompüterlərdə populyarlığına görə rəqiblərindən xeyli geri qalır, amma mobil qurğularda yaxşı nəticə göstərir. Şirkətin mobil brauzeri əsasən səhifələrin yüklənməsi prosesini sürətləndirən trafikin sıxılması texnologiyası hesabına müştəriləri özünə  cəlb edir.
 
Emil Hüseynov



Baxış sayı: 586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024