12px13px15px17px
Tarix:25/06/14

“Amnesty International” təşkilatı təcili həyəcan siqnalını ötürmək üçün əlavə yaradıb

"Amnesty International"  beynəlxalq hüquq-mühafizə təşkilatı  "Android" üçün  "Panic Button" əlavəsini təqdim edib.
 
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, servis siyasi və ictimai fəallar üçün nəzərdə tutulub.
 
Smartfonda müvafiq düyməni basmaqla onlar öz yaxınlarını və kolleqalarını təhlükə ilə qarşılaşdıqları haqda məlumatlandıra bilərlər.
 
Əlavənin xüsusiyyəti ondan ibarətdir ki, onu aktivləşdirmək üçün heç smartfonun blokunu açmağa ehtiyac yoxdur.

Əlavəyə, həyəcan siqnalı göndəriləcək üç nəfərin əlaqə məlumatları daxil edilir. Siqnal onlara SMS şəklində göndəriləcək, vəziyyət dəyişdiyi halda proqram yenilənmiş məlumat göndərəcək.

Servisin daha bir üstünlüyü ondan ibarətdir ki, o, üstüörtülü saxlanılır və smartfonda açıq göstərilmir.
 
"Panika düyməsi"nin istifadəçisi saxlanıldığı halda telefon xüsusi xidmətlərin və ya terroristlərin əlinə düşəcək, onlar proqramı tezliklə aşkar edə bilməyəcəklər, bu da onlarla bağlı olan insanlara vaxtında tədbir görməyə imkan verəcək ki, onların izlərinə çıxmaq mümkün olmasın. İngilis, fransız, ispan və ərəb dillərində təqdim edilmiş servis, yalnız smartfon işlək vəziyyətdə olduqda və onun balansında pul olduqda işləyir. Servisi iki ay ərzində 17 ölkədən olan könüllü testləşdirib.

Əlavələr dükanlarında yaxınları təhlükə haqda məlumatlandırmaq üçün nəzərdə tutulmuş proqramlar mövcuddur. Onlardan ən məşhuru "Circle of 6"-dır, o, zorakılıqdan qorxan qadınlar üçün nəzərdə tutulub və iki toxunuşla altı insana həyəcan siqnalı göndərməyə imkan verir.
 
 
Aynur Vəliyeva



Baxış sayı: 700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024