12px13px15px17px
Tarix:27/06/14

5 milyon “Android” istifadəçisi virusa yoluxub

San-Fransiskoda keçirilmiş tədbirdə çıxış etmiş “Google” şirkətində “Android” və “Chrome OS” hazırlaması üzrə direktor Sundar Piçai deyib ki, “Android” platforması istifadəçilərinin  0.5%-nin cihazı ən azı bir dəfə virusa yoluxub.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Google”un məlumatına görə, aylıq bir milyarddan çox insan “Android” platforması ilə işləyən qurğulardan istifadə edir. Bu o deməkdir ki, 5 milyon aktiv istifadəçi zərərli proqramların “qurban”ı olub. Bu göstəriciyə Çin sakinləri və internet nəhənginin mobil əməliyyat sisteminin modifikasiya edilmiş versiyası ilə işləyən “Kindle” planşetlərinin sahibləri daxil deyil.

“F-Secure”nin məlumatına görə, 2013-cü ildə mobil virus təhdidinin təxminən 97%-i “Android” qurğuların payına düşür, halbuki bir il əvvəl (2011-ci ildə 66,7%, 2010-cu ildə 11,25%) bu göstərici 79% olub.
Sundar Piçai deyib ki, “Google” şirkəti “Android” təhlükəsizlik  sistemini altı həftədən bir yeniləməyi planlaşdırır.

Emil Hüseynov



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024