12px13px15px17px
Tarix:06/06/11

Atom platformasında monoblok kompüteri

Hannspree şirkətinin stolüstü kompüterlər xəttinə 21,5 düyməli ekranla SN22A1 modeli əlavə edilib.
Monoblokun əsasını 2 nüvəli və 1,66 QHz takt tezlikli Intel Atom D510 prosessoru təşkil edir. Əməli yaddaşın tutumu 3 QB, sərt diskin tutumu isə 320 QB təşkil edir. DVD qurğu, kard-rider "4-i 1-də" sistemi də mövcuddur.
Sensor ekran diod işıqla təchiz edilib; "multitaç" interfeysini dəstəkləyir. Bluetooth və Wi-Fi simsiz əlaqə adapterləri, 1.3 meqapiksel matris ilə kamera, 4 USB 2.0 portu, həmçinin HDMI və D-Sub konnektorları var.
Windows 7 Home Premium əməliyyat sistemindən istifadə edilir. Monobloku 575 dollara əldə etmək olar.



Baxış sayı: 1231

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024