12px13px15px17px
Tarix:30/06/14

Antivirus ekspertləri “iOS” əməliyyat sistemini təhlükəsiz hesab etmirlər

"Marble Security Labs" antivirus ekspertləri deyir ki, mobil virusların çox hissəsinin "Android" platforması üçün yaradılmasına baxmayaraq, rəqib "iOS" əməliyyat sistemini (ƏS) daha təhlükəsiz hesab etmək olmaz.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, bu firmanın yaradıcısı və texniki direktoru Devid Cevons bildirir ki, "Apple" platformasında şirkət "App Store" onlayn mağazasında yerləşdirilən proqram təminatı üzərində daha ciddi nəzarət təmin edib.
 
Kibercinayətkarlar zərərli proqramları yaymaq, SMS spam və ya sındırılmış "Wi-Fi" simsiz şəbəkələrinin köməyi ilə hər iki ƏS-nin mobil istifadəçilərinə hücum etmək üsulunu tapıblar.
 
"iOS" platformasının üstünlüklərindən biri "Android" mobil əməliyyat sistemi ilə müqayisədə daha az "parçalanma" hesab edilir.
 
Emil Hüseynov



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024