12px13px15px17px
Tarix:30/06/14

Təhsildə hibrid fərdi kompüterindən istifadə ediləcək

“Panasonic” şirkəti “Intel Classmate PC” konsepsiyasına alternativ baxış təşkil edən “3E” təhsil hibrid qurğusunu nümayiş etdirib. Yeni qurğu “ISTE” (International Society for Technology in Education) konfransı çərçivəsində təqdim olunub. 10 düymlük qurğunun qiyməti 499 dollar təşkil edir.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Panasonic” rəsmiləri bildiriblər ki, birinci mərhələdə qurğu Amerika məktəblərinə, daha sonra bütün dünyaya tədarük olunacaq, həm də cihaz  inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə daha ucuz qiymətə satılacaq.
 
Hibrid planşetdə qeyri-adi temperatur sensoru var. 10 düymlük “3E” qurğusunda ekranın təsvir ölçüsü 1366x768 pikseldir. Planşet 1.3 QHs takt tezlikli “Intel Atom ZZ3740D” çipi, 2 QB əməli yaddaş, 32 və ya 64 Qb daimi yaddaşla təchiz edilib.
 
Cihaza “Windows 8.1 Pro” əməliyyat sistemi quraşdırılıb.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 333

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 May 2024

06 05 2024