12px13px15px17px
Tarix:01/07/14

Rusiyalıların 33 faizi heç vaxt internetdən istifadə etməyib

"Levadaçenter" analitik şirkətinin tədqiqat materialına əsasən, son dörd ildə internetdən istifadə edən rusiyalıların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bununla belə, insanların 28 faizi indiyədək şəbəkəyə çıxış imkanına malik deyillər.
 
Xatırladaq ki, ötən ilin iyununda internetdən istifadə etməyən rusiyalıların sayı 39 faiz olub. Bir il ərzində cüzi irəliləyiş qeydə alınıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Rusiyada internet istifadəçiləri əsasən şəbəkədən lazımi informasiyanı axtarmaq üçün istifadə edir. İstifadəçilərin 31 faizi əyləncə, 30 faizi son məlumatlardan xəbərdar olmaq, 36 faizi mesajlaşmaq, 19 faizi internet üzərindən alış-veriş etmək üçün internetdən istifadə edir.
 
Rusiyalıların 80 faizi "Одноклассники", 57 faizi "ВКонтакте", 24 faizi "Моймир" sosial şəbəkələrindən istifadə edirlər. "Facebook" sosial şəbəkəsi dördüncü, "Google+" beşinci yerdə qərarlaşıb.
 
Emil Hüseynov



Baxış sayı: 491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024