12px13px15px17px
Tarix:01/07/14

Milli Təhlükəsizlik Agentliyi ilk dəfə hökumət sorğularının sayına dair hesabat dərc edib

Ötən həftə ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ilk dəfə istifadəçilərin telefon zəngləri haqqında məlumatların araşdırılması üçün sorğuların sayına dair hesabat dərc edib.

Sənədə əsasən, 2013-cü ildə MTA 248 ABŞ vətəndaşının məlumatı ilə maraqlanıb.

Xatırladaq ki, xüsusi xidmət orqanının keçmiş əməkdaşı EdvardSnouden tərəfindən açıqlanan sənədlərə görə, agentlik amerikalıların rabitə əlaqələri haqqında məlumatların toplanılması ilə məşğul olub.

Hesabata görə, ötən il MTA ABŞ Xarici Kəşfiyyat Məhkəməsindən (ForeignIntelligenceSurveillanceCourt) dinlənilmə üçün 2 minə yaxın order alıb. Bu sayın 1 767-si aparılan araşdırmalara aid olub, daha 131 order agentliyə "penregister" və "trap and trace" qurğularından istifadə etməklə telefon nömrələrinə çıxışa icazə verib. "Xarici kəşfiyyat haqqında qanun"unABŞ vətəndaşı olmayan istifadəçilər haqqında məlumatların əldə olunmasına icazə verən 702-ci fəslindən yalnız bir dəfə istifadə edilib.

Bununla belə, ötən il MTA-nın potensial hədəflərinin sayı (ayrı-ayrı şəxslər və təşkilatlar) 89 138 olub.

Sənəddə bildirilir ki, qeyd olunan müddət ərzində hakimiyyət orqanları ümumilikdə məhkəmələrə istifadəçi informasiyasının təqdim olunmasına dair 38 832 sorğunun yer aldığı 19 212 "milli təhlükəsizlik məktubu" (FTB-yə ordersiz informasiya toplanışına icazə verən inzibati məhkəmə bildirişi) göndərib, - "SecurityLabwww.securitylab.ru"yazır.



Baxış sayı: 393

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

16 02 2020