12px13px15px17px
Tarix:01/07/14

“Apple” şirkəti “iOS” əməliyyat sistemini yeniləyib

"Apple" şirkəti "iOS" əməliyyat sistemi üçün "iOS 7.1.2" yeniləmə paketini təqdim edib.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "iOS 7.1.2" versiyası "iPhone", "iPad" və "iPodtouch" üçün əlçatandır. Yeniləmə paketinə  əsasən, "iBeacon" xidmətinin geoməkan sabitliyi yaxşılaşdırılıb.
 
Bundan başqa, elektron məktublara bərkidilən faylların şifrlənmə funksiyası təkmilləşdirilib. Yeni versiyada, həmçinin kənar istehsalçıların aksesuarlarına məlumat ötürülməsi ilə bağlı səhvlər aradan qaldırılıb.
 
"Apple" şirkəti bu yaxınlarda keçirilmiş "WWDC 2014" konfransında nümayiş etdirdiyi "iOS 8" mobil əməliyyat sisteminin reliz tarixini isə açıqlamır.
 
Emil Hüseynov



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024