12px13px15px17px
Tarix:01/07/14

Avtobus dayanacaqlarında pulsuz Wi-Fi zonası yaradılacaq

Mərkəz keyfiyyətli nəqliyyat xidmətini təmin etmək üçün fəal şəkildə xəritə üzərində çalışır.

Bakıda avtobus dayanacaqlarında internetdən pulsuz istifadə imkanı yaradılacaq.

Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, hal-hazırda Avropa Oyunları zamanı keyfiyyətli nəqliyyat xidmətinin təmin edilməsi üçün yeni xəritənin hazırlanması üzərində fəal iş gedir.

“Xəritənin yaradılmasına dair iş 2015-ci ilin yayında Bakıda Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi ilə bərabər aparılır. Tədbirin qonaqlarına göstəriləcək keyfiyyətli xidmətdən başqa, keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi tədbirlərinin əsas məqamlarından biri də stadion istiqamətində olan avtobus dayanacaqlarında pulsuz internetə qoşulmanın təmin edilməsidir”, - Ş.Mehmanqızı deyib.

Onun sözlərinə görə, Wi-Fi zonanın yaradılması xəritənin təsdiqlənməsindən sonra ikinci mərhələdə aparılan işlərin sırasına daxildir. Dayanacaqlarda internetə girişin yalnız yarışlar zamanı və ya daimi olacağı isə hələlik məlum deyil.



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024