12px13px15px17px
Tarix:01/07/14

ABŞ-da smartfonların əhəmiyyəti araşdırılıb

ABŞ-da keçirilmiş araşdırmaya əsasən, ölkə sakinləri üçün smartfonların əhəmiyyəti məlum olub: respondentlərin 47%-i özlərini bir gün belə mobil telefonsuz təsəvvür etmirlər.

Rəyi soruşulanların 91%-i smartfonu avtomobil, dezodorant, internet və diş fırçası kimi əvəzolunmaz əşya adlandırıblar.

“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, tədqiqatçılar aydınlaşdırıblar ki, amerikalıların 45%-i smartfona görə  alkoqoldan, 34%-i şokoladdan, 22%-i mağazalara getməkdən imtinaya razıdır.

"Bank of America” hesabatına əsasən, bəzi insanlar üçün mobil telefon avtomobil və seksdən daha əhəmiyyətlidir.

Emil Hüseynov
 
 



Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024