12px13px15px17px
Tarix:01/07/14

“Elektron hökumət” portalı və “Bank of Baku” əməkdaşlığa başlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Bank of Baku” vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsinə dair birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Müqavilə şərtlərinə uyğun olaraq,  səlahiyyətli bank əməkdaşlarına banka müraciət etmiş hər bir müştərinin yazılı razılıq ərizəsi əsasında “Elektron hökumət” portalı üzərindən “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış” e-xidməti vasitəsilə vətəndaşın  seçdiyi dövlət qurumlarının informasiya ehtiyatlarından onun haqqında fərdi məlumatların əldə olunmasına imkan yaradılacaq.
 
Eyni zamanda müştəri özü haqqında fərdi məlumatları “Elektron hökumət” portalından qeydiyyatdan keçməklə özü formalaşdıraraq banka göndərə biləcək. Fərdi məlumatlar üzrə elektron arayışda vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında məlumatlar, Dövlət Sosial Müdafiə Fondu informasiya sistemlərindən məlumatlar, telefon nömrələri və borcları haqqında məlumatlar, müəllimlər, səhiyyə işçiləri və dövlət qulluğu informasiya sistemlərindən məlumatlar əks olunacaq. Belə ki, müştəri kağız daşıyıcısında heç bir sənəd təqdim etməsə belə onun haqqında fərdi məlumatların onun öz razılığı əsasında Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa uyğun qaydada səlahiyyətli bank işçiləri tərəfindən “Elektron hökumət” portalından əldə olunması mümkün olacaq və bu məlumatlar bank tərəfindən hüquqi sənəd kimi qəbul ediləcək.
 
Ölkəmizdə elektron xidmətlərin genişləndirilməsini nəzərə alaraq, bütün sahələrdə, o cümlədən bank sektorunun elektronlaşdırılması vacib məsələlərdən biridir.
 
“Elektron hökumət” portalından  fərdi məlumatlar üzrə elektron arayışların verilməsi e-xidməti banka müraciət etmiş müştərinin kreditin alınması üzrə sənədləşdirmə işinin sadələşdirilməsinə, artıq vaxt itkisinin qarşısının alınmasına, kredit təhlili zamanı müştəri haqqında informasiya uyğunsuzluğunun aradan qaldırılmasına, kredit risklərinin minimum  azaldılmasına və bununla da kreditin rəsmiləşdirmə prosesinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsinə səbəb olacaq. 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024