12px13px15px17px
Tarix:03/07/14

Elmar Məmmədyarov: “Azərbaycanın həyata keçirdiyi kommunikasiya layihələri regionda yaşayan xalqların rifahını yaxşılaşdıracaq”

Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda “Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri” mövzusunda tədbir keçirilib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına etdiyi rəsmi səfəri çərçivəsində düzənlənən tədbirdə bu ölkənin aparıcı elmi tədqiqat müəssisələrinin tədqiqatçıları və mütəxəssisləri iştirak ediblər.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir tədqiqatçılar qarşısında çıxış edərək ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri, uğurlu iqtisadi inkişaf modeli, həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar və icra edilən infrastruktur layihələri, eləcə də informasiya-kommunikasiya texnologiyaları istiqamətində əldə olunan nailiyyətlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.
 
Ölkəmizin coğrafi mövqeyinin strateji əhəmiyyəti barəsində danışan E.Məmmədyarov coğrafi mövqeyin, geoloji və geostrateji amillərin ölkəmizin xarici siyasətinin istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
 
Nazir ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən nəqliyyat infrastrukturu və kommunikasiya layihələri barədə danışaraq, bu layihələrin regionda yaşayan xalqların rifahının yaxşılaşdırılması üçün əlverişli imkanlar yaradacağına əminliyi ifadə edib.
 
Azərbaycanın davamlı iqtisadi inkişaf göstəricilərinə malik olduğunu deyən E.Məmmədyarov Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi maliyyə təsisatlarının hesabatlarında Azərbaycanın iqtisadiyyatının sabit və sağlam şəkildə xarakterizə olunduğunu qeyd edərək, “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası haqqında məlumat verib.
 
SEYMUR



Baxış sayı: 458

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024