12px13px15px17px
Tarix:03/07/14

Nazir: “Azərbaycan BMT-nin “Elektron hökumət” üzrə hesabatında tutduğu mövqe ilə kifayətlənməyəcək “

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının "Elektron hökumət" üzrə hesabatlarında tutduğu mövqeyini daha da yaxşılaşdırmaq  niyyətindədir.

Azərbaycan Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, son 10 ildə BMT-nin  təqdim etdiyi hesabatlarda Azərbaycanın tutduğu mövqe ölkənin hazırkı inkişafına uyğun gəlmirdi.

"Son zamanlar "Elektron hökumət"in gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində elektron hökumət xidmətlərinə bütün rayonlardan çıxışın təmin edilməsi, "ASAN mərkəz"in təqdim etdiyi  xidmətlərin genişləndirilməsi   bizə müəyyən uğur əldə etməyə və 28 pillə irəliləyərək 68-ci yerdə qərarlaşmağa imkan verdi. Azərbaycanda internetin və informasiya texnologiyalarının inkişafına bu mövqe də  kifayət deyil və biz çalışacağıq ki, yaxın illərdə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşaq" - deyə nazir qeyd edib.
 
Aynur Vəliyeva



Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024