12px13px15px17px
Tarix:03/07/14

Əzələ hüceyrələrinin köməyi ilə ikinci nəsil biorobotlar yaradılıb

ABŞ-ın İllinoys Universitetindən olan alimlər qrupu elektrik impulslarının köməyi ilə hərəkət edən və əzələ toxuması hüceyrələri əsasında yaradılmış miniatür biorobotları təqdim edib. Tədqiqata həsr olunmuş məqalə “PNAS” (Proceedings of the National Academy of Sciences ) jurnalında dərc olunub.
 
“ICTnews" elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, biorobotların 6 mm uzunluğunda olan karkası “3D” printerində xüsusi hidrogeldən çap edilib, hərəkətverici qüvvə qismində isə skelet əzələlərinin hüceyrələrindən istifadə olunub.
 
Çeviklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində hidrogelə müxtəlif formalar vermək olar. “newsru.com” saytının məlumatına görə, tədqiqat qrupunun rəhbəri Rəşid Bəşir sistemə neyronların inteqrasiyasının planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu, robotları idarə etmək üçün təkcə elektrik deyil, həm də kimyəvi stimulyasiyadan istifadə etməyə imkan verəcək.
 
Alimlərin ehtimalına görə, gələcəkdə bu kimi sistemlər tibbin müxtəlif sahələrində - əczaçılıq, cərrahiyyə və ya yüksək texnoloji implantatların hazırlanmasında geniş tətbiq edilə bilər. Onun sözlərinə görə, bu cür biorobotlardan istifadə sayəsində insan orqanizmini müəyyən toksinlərdən təmizləmək olar.
 
Emil Hüseynov



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024