12px13px15px17px
Tarix:03/07/14

Elektronika ildə 80 milyard dollar dəyərində elektrik enerjisini boşuna sərf edir

Gözləmə rejimində olan televiziya əlavələri, printer, modem, oyun konsolları və başqa elektron qurğular 2013-cü ildə 80 milyard dollardan yüksək  məbləğdə elektrik enerjisini boşuna sərf edib. Beynəlxalq Energetika Agentliyinin (BEA) hesabatına əsasən, elektrik enerjisinə tələbat kəskin templə sürətlə artır.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, agentliyin hesablamasına görə, 2013-cü ildə bütün dünyada şəbəkəyə qoşulmuş qurğular təxminən 616 teravatt-saat sərf ediblər. Effektsiz texnologiyaya görə nəticədə təxminən 400 TVt boşuna sərf olunub.
 
"Problem onda deyil ki, bu qurğular çox vaxt gözləmə rejimindədir, məhz ondadır ki, onlar şəbəkə ilə əlaqə və qoşulma üçün lazım olandan artıq enerji sərf edirlər – BEA-nın icraçı direktoru Mariya Van der Xoven deyib. Hazırda əlçatan ən qabaqcıl texnologiyadan istifadə etməklə həmin qurğular eyni tapşırıqları "stand-by" rejimində 65% daha az enerji sərf edərək yerinə yetirə bilərdi".
 
Onun sözlərinə görə, sərf edilən elektronikanın gücü ilbəil artır, çünki internetə qoşulan qurğuların sayı artır: yuyucu maşınlar, soyuducular, lampalar və sairə. Bu qurğuların enerji effektivliyinin artırılması yaxın illərdə 600 TVt-lıq qənaətə icazə verər. Agentliyin qiymətləndirməsinə görə, əks halda, 2020-ci ilədək sözügedən qurğular 120 milyard dollar dəyərində elektrik enerjisini boşuna sərf edəcək.
 
Emil Hüseynov
 



Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024