12px13px15px17px
Tarix:04/07/14

Böyük şəhərlərdə simsiz şəbəkələrdə təhlükəsizliklə bağlı problem var

“Sophos” antivirus şirkəti müxtəlif ölkələrdə simsiz şəbəkələrin təhlükəsizliyi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, böyük şəhərlərdə “Wi-Fi” şəbəkələrin təhlükəsizliyində problem var.
 
Məsələn, Sidneydə təxminən 34476 şəbəkənin 1/3 hissəsi şifrləmədən istifadə etmir və ya köhnə “Wired Equivalent Privacy” (WEP) standartı ilə işləyir ki, ona müdaxilə etmək asandır.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, giriş nöqtələrinə qoşulma olmayıb və trafik toplanılmayıb. “Sophos” şirkətində informasiya təhlükəsizliyi məsələləri üzrə aparıcı texniki mütəxəssis Ceyms Layn şəbəkə kartı, əlavə akkumulyator və GPS qurğu ilə təchiz edilmiş “Raspberry Pi” yığcam kompüteri ilə təchiz edilmiş velosipedlə şəhəri gəzib.
 
Sidneydə simsiz şəbəkələrin 4%-də “WEP” alqoritmindən istifadə edilir, halbuki San-Fransisko və Londonda bu göstərici müvafiq olaraq 9,4% və 6,34% təşkil edir.
 
Emil Hüseynov



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024