12px13px15px17px
Tarix:04/07/14

“İnnovativ Biznes İnkubator” işçi axtarır

“İnnovativ Biznes İnkubator” Azərbaycan Dövlət İqtisad Universitetinin III-IV kurs, magistr və məzunlarını işçi heyətinə dəvət edir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə universitetin saytında yerləşdirilən elanda deyilir.
 
Elan olunan vakansiyalara Bank işi təlimlərinin təşkili üzrə menecer - 1 vakant yer (Oğlan ya qız) və “Gənc auditor” layihəsi üzrə mütəxəssis - 5 vakant yer (Oğlan) daxildir.
 
Bank işi təlimlərinin təşkili üzrə menecer Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini isə orta səviyyədə bilməlidir.
 
“Gənc auditor” layihəsi üzrə mütəxəssislərdən isə riyaziyyat və Azərbaycan dilini mükəmməl bilmək, təşəbbüskar, ciddi, tələbkar və məsuliyyətli olmaq tələb olunur.
Qeyd edək k, İBİ MMC-nin komandasında öz karyerasını qurmaq istəyən gənclər öz CV formalarını “ibi.aseu@gmail.com” ünvanına göndərə bilərlər.
 
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” çərçivəsində yaradılan “İnnovativ Biznes İnkubator” layihəsinin əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir.
 
CAHANGİR
 



Baxış sayı: 1199

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024