12px13px15px17px
Tarix:23/08/11

“Apple”-ın növbəti mobil prosessorları 2012-ci ildə istehsal olunacaq

Növbəti nəsil “iPad” planşetlərində istifadə üçün nəzərdə tutulmuş yeni “Apple A6” prosessoru daha güclü və enerjiyə qənaətcil olacaq. Bundan başqa o, “Apple” şəxsi istehsalatının ilk 4 nüvəli mobil çipi olacaq.

Eyni zamanda çip nə “iPhone 5”, nə də “iPad 3”-də olmayacaq. Çünki çipin istifadəyə hazır versiyaları 2012-ci ilin iyun ayında çıxacaq.

“A6” çipi, ehtimal ki, Tayvan “TSMC” (Taiwan Semiconductor Manufacturing Co.) zavodlarında istehsal ediləcək, halbuki indiki “Apple A5” çipləri “Samsung” şirkəti tərəfindən istehsal olunur.

Analitiklərin proqnozlarına əsasən, “A6” mobil prosessorlarının kütləvi istehsalı 2012-ci ilin ikinci rübündə başlayır.

“A6” çiplərinin istehsalı ilə əvvəlcə “Samsung” şirkətinin məşğul olması planlaşdırılırdı, lakin şirkətlər arasındakı münasibətlərin pozulması ilə əlaqədar “Apple” çiplərin quraşdırılmasını “TSMC”-yə həvalə edib.



Baxış sayı: 1666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024