12px13px15px17px
Tarix:05/07/14

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları” mövzusunda seminar-iclas keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Aparatının Hüquqi təminat şöbəsi qurumun elmi müəssisə və təşkilatlarının kadrlar şöbələrinin rəhbərlərinin iştirakı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları” mövzusunda  seminar-iclas keçirib.
 
AMEA-dan verilən məlumata görə, şöbənin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları” haqqında Nazirlər Kabinetinin qərarının  tələblərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
 
 
Bildirib ki, qanunvericilikdə nəzərdə tutulan mövcud qaydalara əsasən, işəgötürən tərəf müvafiq sənədləşmə və əmək müqaviləsini iyulun 1-dən etibarən elektron formada hazırlamalı, daha sonra müvafiq dövlət qurumuna göndərməlidir.
 
 Həmçinin məruzəçi bu qaydaları pozan işəgötürənlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə də məlumat verib. Şöbə rəisi, “Elektron hökumət” portalındakı müvafiq bölmələrin iş mexanizmi ilə də seminar iştirakçılarını ətraflı tanış edib.
 
Sonra çıxış edən şöbənin hüquqşünası Aygün Ələsgərova əmək müqavilələrinin bağlanması qaydaları ilə bağlı Əmək Məcəlləsinə, İnzibati Məcəlləyə və Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında məlumat verib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024