12px13px15px17px
Tarix:05/07/14

“iPad” üçün “Facebook Messenger” tətbiqi yenilənib

“Facebook” şirkəti “Facebook Messenger” tətbiqinin yeni versiyasını təqdim edib. Artıq “iPad” planşetlərində də işləyir. Daha əvvəl istifadəçilər “iPhone” smartfonlarında “Facebook Messenger”-lə işləyə bilirdilər.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bu tətbiqin köməyi ilə istifadəçilər “Facebook” şəbəkəsini açmadan mesaj göndərə və qəbul edə bilərlər.
 
Həmçinin stiker göndərilməsi və fotoşəkillərin məxfi ötürülməsinin imkanı əlçatandır. İstifadəçilər qrup çatını yarada, öz coğrafi koordinatlarını ötürə, göndərilmiş mesajlara baxış haqda bildiriş ala bilərlər.
 
Bundan başqa, “Facebook Messenger” tətbiqi səsli mesajlar yazmağa, səsli zənglər etməyə, “Facebook”da istifadəçinin dostluğunda olmayan kontaktlara mesaj göndərmək mümkündür.
 
Emil Hüseynov



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024