12px13px15px17px
Tarix:07/07/14

Azərbaycanda ilin əvvəlindən domenlərin sayının xalis artımı 1955 domen təşkil edib

Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artmaqda davam edir.
 
“ICTnews” xəbər xidmətindən verilən məlumata əsasən, hazırda milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22750 domenə çatıb.
 
İlin əvvəlindən bu günədək 4386 domen qeydiyyatdan keçirilib, 2431 domen isə ləğv edilib, beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1955 domen təşkil edib. İlin əvvəlinə nisbətən ölkədə qeydiyyata alınan domen adlarının sayı 12%-dən çox olub.
 
Hazırda Azərbaycanda 21219 “*.az”, 927 “*.com.az”, 177 “*.edu.az”, 123 “*.org.az”, 74 “*.net.az”, 67 “*.co.az”, 42 “*.int.az”, 52 “*.info.az”, 37“*.pp.az”, 18 “*.biz.az”, 8 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 4 domen adı qeydə alınıb “GENCE.AZ”, “SHEKI.AZ”, “GANJA.AZ”, “IMISHLI.AZ.”
 
Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024