12px13px15px17px
Tarix:23/08/11

“Facebook” yeni ofislərə köçür

“San Jose Mercury News” nəşri bildirib ki, “Facebook” sosial şəbəkəsi Kaliforniyada “Menlo-Park”dakı yeni binalara köçməyə başlayır. Həmçinin “Sun Microsystems” şirkətindən alınmış ərazidə daha bir kampus tikintisinə başlayır.

“Facebook”dan bildiriblər ki, şirkət yaxın vaxtlarda personalın daha 1500 insana kimi genişləndirilməsi barədə planlarını elan edib. İndi “Facebook”un əsas sahələri “Sterford Reserç Park”da yerləşir. “Facebook” proqnozlarına əsasən, təxminən 5 il sonra şirkətin ümumi ştatı 9000 işçiyə çatacaq.

“Facebook”un köçəcəyi yeni kampusun sahəsi demək olar ki, 320 000 kvadrat kilometrdir. Yaxın vaxtlara qədər bu sahə “Oracle” şirkətinə aid idi. Lakin 2009-cu ildə onu “Sun” alıb. Yeni "Facebook-şəhərcik”də 9 bina yerləşir, ümumi ofis sahəsi təxminən 93 000 kvadratmetrdir.

“Facebook” planlarına əsasən, köçmədən sonra şirkətin bütün nümayəndəlikləri 2 seqmentə - Şərq və Qərb kampuslarına bölünəcək. Qərb kampusu əksər binalarının tikintisi 2013-cü ildə başlanmalıdır. Şərq kampusunda tikinti artıq başlanıb və gələcəkdə orda təxminən 3600 insan işləyəcək.



Baxış sayı: 1709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024