12px13px15px17px
Tarix:08/07/14

Azərbaycanda informasiya cəmiyyətinə dair statistik məcmuə işıq üzü görüb

“Azərbaycanda informasiya cəmiyyəti” statistik məcmuəsi nəşr olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, statistik məcmuədə 2008-2013-cü illər üzrə ev təsərrüfatlarında və müəssisələrdə İKT sistemləri, kompüterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə çıxış imkanları, istifadəsi, əhalinin elektron bilikləri, habelə İKT sektoru üzrə əsas makrogöstəricilər və İKT məhsullarının idxalı və ixracı haqqında geniş məlumatlar əks olunub.

Məcmuənin quruluşu, verilmiş məlumatların seçimi və onların ölçü vahidlərinin müəyyənləşdirilməsi, göstəricilərin ardıcıllığı və digər metodoloji işlərin aparılması beynəlxalq təşkilatların müvafiq metodoloji vəsaitləri əsasında tərtib olunub.

Qeyd edək ki, məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının “İnformasiya cəmiyyəti” bölməsindən əldə etmək olar.

CAHANGİR



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024