12px13px15px17px
Tarix:08/07/14

Maliyyə Nazirliyinin FARABI layihəsinin II mərhələsi 2015-ci ildə başa çatacaq

“Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaq. Maliyyə Nazirliyi tərəfindən  həyata keçirilən layihə Dünya Bankı tərəfindən dəstəklənir.
 
Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, “bulud” texnologiyaları əsasında aparılmasını təmin edən FARABİ layihəsi “SİNAM” şirkəti tərəfindən tətbiq olunur.  Layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır.
 
II mərhələdə FARABİ layihəsinə daha 60 təşkilatın qoşulması nəzərdə tutulmuşdur. İlkin mərhələdə sistemə 39 büdcə təşkilatları və büdcədən maliyyələşdirilən təşkilatlar qoşulmuşdur.
 
Sistemin əsas prinsipləri və üstünlükləri aşağıdakılardır:
 
  • Sistem İKT sahəsində hal-hazırda istifadə olunan ən müasir “bulud” texnologiyası əsasında qurulmuşdur;
 
  • Proqram təminatının funksionallığı “Müəssisə resurslarının idarəedilmə sistemi” (beynəlxalq klassifikasiya üzrə – “ERP system”) prinsiplərinə müvafiq qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir;
 
 
  • Sistemdə Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir. Bu cür inteqrasiya prosesləri isə Elektron Hökumət konsepsiyasının G2G (dövlət-dövlət) komponentinin əsasını təşkil edir;
  •  
 
  • Yaradılan sistemin yaxın vaxtlarda Xəzinə İnformasiya İdarəetmə sistemi ilə də inteqrasiyası istiqamətində fəaliyyət davam etdirilir;
 
 
  • Sistemin şəbəkəsi və istifadəçilərin Verilənlər Mərkəzi ilə bağlantısı respublikada mövcud ən təhlükəsiz şəbəkə üzərində qurulur;
 
 
  • Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün istifadəçilərə elektron açar və elektron imza da təqdim olunacaq;
 
 
  • Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur;
 
  • Sistemin geniş analitik imkanlara malik olması, istifadəçilərə mövcud məlumatlar üzərindən müxtəlif analitik hesabatlar hazırlamağa şərait yaradır.
 



Baxış sayı: 337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik